Şriftin ölçüsü :
Saytın rəngi :
Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Belə ki, tibbi, kosmetoloji və bərbərxana xidmətləri gündəlik həyatda ən çox istifadə edilən sahələrdəndir. Bu xidmətlər zamanı tez-tez insan orqanizmi ilə təmas yaranır, alətlər qan və digər bioloji mayelərlə əlaqəyə girə bilər. Məhz buna görə də universal təhlükəsizlik tədbirlərinə əməl olunması çox vacibdir.
Universal təhlükəsizlik tədbirləri (ingiliscə Universal Precautions) tibbi, kosmetoloji və digər xidmət sahələrində istifadə olunan əsas infeksiya təhlükəsizliyi qaydalarıdır. Məqsəd, qan və digər bədən mayeləri ilə keçə biləcək yoluxucu xəstəliklərdən (məsələn, hepatit B, hepatit C, HIV) həm işçiləri, həm də müştəriləri qorumaqdır.
Əsas prinsiplər:
Əllərin gigiyenası – Xidmət göstərmədən əvvəl və sonra əlləri yumaq, lazım gəldikdə antiseptik istifadə etmək.
Qoruyucu geyimlər – Əlcəklər, maskalar, qoruyucu gözlük və önlüklərdən istifadə.
Tibbi alətlərin sterilizasiyası – İynələr, qayçılar, bıçaqlar, manikür/pedikür alətləri hər istifadədən sonra düzgün dezinfeksiya və ya sterilizasiya edilməlidir.
Biyoloji tullantıların təhlükəsiz atılması – İynələr, qanlı materiallar xüsusi qablar və prosedurlar ilə məhv edilməlidir.
Zədələnmiş dəri və yaraların qorunması – Kəsik, yara və ya dəri çatlaqlarını qoruyucu bandajla örtmək və kontaktdan çəkinmək.
Əşyaların təmizliyi və dezinfeksiyası – Masalar, kreslolar, avadanlıqlar xidmətdən əvvəl və sonra dezinfeksiya edilməlidir.
Əgər bu qaydalara riayət olunmazsa:
Fiziki şəxslər üçün: 300–400 manat
Vəzifəli şəxslər üçün: 500–700 manat
Hüquqi şəxslər üçün: 2000–2500 manat-cərimə nəzərdə tutulur

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı