Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 5-də dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində rəhbər heyəti arasında təcrübə mübadiləsinin aparılması, mövcud problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı” keçirilib.
Tədbirdə 70-dən çox dövlət qurumunun nümayəndəsi iştirak edib, Azərbaycan Respublikasının Baş Prokurorluğunu toplantıda Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev təmsil edib.
Toplantı çərçivəsində rəqəmsallaşmanın dərinləşməsi fonunda artan risklər diqqətə çatdırılıb, qlobal statistikalara əsasən dövlət qurumlarına qarşı həyata keçirilən hücumların 40 faizdən çoxunun kritik infrastruktura yönəldiyi vurğulanıb. Bununla yanaşı, ölkəmizdə icra olunmuş “Bug Bounty” proqramının əhəmiyyəti və əldə olunmuş nəticələri, dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın zəruriliyi, həmçinin beynəlxalq təcrübə mübadiləsinin vacibliyi qeyd edilib.
Sonda informasiya təhlükəsizliyi sahəsində dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsidentlər üzrə təcrübələrin paylaşılması, mövcud tendensiyalar, təhlükələr və qarşıya çıxan problemlər ətrafında geniş müzakirələr aparılıb, açıq debat şəklində fikir mübadiləsi həyata keçirilib.
Qeyd olunub ki, informasiya təhlükəsizliyi bu gün yalnız texniki məsələ olmayıb, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimadının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı