Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

08.09.2025

Azərbaycan Prokurorluğunun veteranı Əliyev Nizami Əhməd oğlunun 85 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Nizami Əliyev 1962-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul olunmuş, əvvəllər Bakı şəhər Yasamal və Nəsimi rayon prokurorluqlarının müstəntiqi, Nərimanov rayon prokurorunun müavini və Binəqədi rayon prokuroru, Bakı şəhər prokurorunun müavini və birinci müavini, Respublika Prokurorluğunda idarənin böyük prokuroru və idarə rəisinin müavini, Bakı şəhər prokuroru, Respublika Prokurorluğunun Beynəlxalq münasibətlərin, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunlarına icrasına və Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət idarələrinin rəisi vəzifələrində, bundan əlavə Respublika Nəqliyyat prokurorluğunda və Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləyib. 

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.