Şriftin ölçüsü :
Saytın rəngi :
Korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən, Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) ilə uğurlu əməkdaşlıq əlaqələri davam etdirilir.
Belə ki, sözügedən təşkilat ilə əməkdaşlıq çərçivəsində cari ilin 27-29 avqust tarixlərində təşkil olunmaqla ümumilikdə 39 ölkə və müxtəlif beynəlxalq təşkilatları təmsil edən 60-dan çox ekspertin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və informasiya təminatı idarəsinin rəisi İsfəndiyar Hacıyev və Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Elşən Orucov təmsil etmişlər.
Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların fəaliyyətinin effektivliyinin ölçülməsi məqsədilə hazırlanmış metodologiya və müvafiq sorğunun sınaq mərhələsinin nəticələri müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında baş tutmuş tədbirdə nümayəndələrimiz fəal iştirak etməklə müvafiq metodologiyanın təkmilləşdirilməsinə öz töhvələrini vermişlər.
Xüsusi vurğulanmalıdır ki, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların kadr, maliyyə və texniki resursları, səlahiyyət və funksiyaları, habelə həmin qurumların hesabatlılığı kimi bir sıra mühüm məsələləri əhatə edən metodologiyanın cari ilin 2-4 dekabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçiriləcək tədbir çərçivəsində ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı