Şriftin ölçüsü :

Saytın rəngi :

161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanmışdır

07.06.2011

Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiayaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə 5 may 2011-ci il tarixdə cinayət işi başlanmışdır.

 

     İstintaqla müəyyən edilmişdir ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək almış, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələmişdir. Bundan başqa, K. Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməmiş və sair qanunsuzluqlara yol vermişdir.

     Hazırda Baş prokuror yanında Korrupsiayaya qarşı mübarizə idarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.