Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror: Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir

22.08.2025

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.

Bunu Baş Prokuror Kamran Əliyev  “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilən
beynəlxalq konfransda deyib.

O bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir:

"Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident cənab İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.