Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

21.08.2025

  Azərbaycan Prokurorluğunun veteranı İsmayılov Mobil Vahid oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

  Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmlənməsini, prokurorluq işçilərinin, onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. 

  Mobil İsmayılov 1977-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul olunmuş, əvvəllər Səbail, Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Baş Prokurorluqda idarə prokuroru və böyük prokuror, Səbail rayon prokurorunun müavini, həmçinin Sabirabad, Saatlı, Cəlilabad rayon və Şirvan şəhər prokuroru vəzifələrində işləyib.

  Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.