Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayəthüququ - İctimai işlər və ictimai işlər cəzasının tətbiq oluna bilmədiyi şəxslər

15.08.2025

İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.

İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

— Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. 

İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

-orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara;

-  hamilə qadınlara;

-  himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə; 

-  pensiya yaşına çatmış qadın və kişilərə;

-hərbi qulluqçulara.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.