Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun internet saytı informasiya açıqlığına görə 48 dövlət qurumu arasında ikincidir

19.05.2011

Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi saytı 48.15%-lə ikinci yeri tutmuşdur.

 

 

 

     17 may 2011-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən "Dövlət qurumlarının on-line şəffaflıq hesabatı" açıqlanmışdır.

 

     Həmin hesabat Media Hüququ İnstitutunun 2005-ci ildən başlayaraq bilgi (informasiya) azadlığı və bilgiyə çatım sahəsində apardığı araşdırma, monitorinq, tövsiyyələrin hazırlanması, ictimai mənafelərin müdafiəsi və maariflənməsi işinin davamı olmuşdur. 
Hesabat "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 48 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanmışdır.

 

     "Dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələri üzrə Reytinq cədvəli", "Bilgi azadlığı (bilgilərin internet üzərindən yayılması) qanunvericiliyi", "Monitorinqin metodologiyası", və "Media Hüququ İnstitutunun tövsiyələri" bölmələrindən ibarət olan hesabatın "Dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələri üzrə Reytinq cədvəli" bölümündə 48 dövlət qurumunun internet saytlarının monitorinqinin yekunları açıqlamışdır.

 

     İnternet saytlarının monitorinqi 12 ölçü qutusuna (Qurum haqqında ümumi bilgilər, Qurumun strukturu haqqında bilgilər, Qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, Qurumun öz səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, Qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, Fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, Dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, Kadr təminatı, Büdcə, maliyyə, Bilgiyə çatım rahatlığı, Əlavə parametrlər, Rəsmi saytın mənfi məzmun və funksiyaları) yerləşdirilmiş 220-ə yaxın informasiya növü əsasında aparılmışdır.

 

     Saytlar öncə kəmiyyət parametri üzrə araşdırılmışdır. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, çatım rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilmişdir.

 

     Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində 52.26%-lə birinci Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi saytı olmuşdur. Reytinq cədvəlində 2-ci yeri Azərbaycan Respublikasının Baş Prokurorluğunun, 3-cü yeri isə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi saytları tutmuşdur. Həmin saytların informasiya açıqlığı səviyyəsi müvafiq olaraq 48.15% və 44.57% olmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.