Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #Cinayətprosessualhüququ - Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi

07.08.2025

Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.

Cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir.

Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir.

Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.