Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində cari ilin 5 avqust tarixində Dövlət Sərhəd Xidmətinin inzibati binasında həmin Xidmətin zabit və gizir heyətinin iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov sözügedən təlimin təşkilatçılığı ilə bağlı aidiyyəti qurumların birgə fəaliyyətinin səmərəliliyini vurğulayaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinin gələcəkdə qurumun fəaliyyətində şəffaflığın təmin edilməsində mühüm əhəmiyyətə malik olacağını bildirdi.
Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev “Korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə isə “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə, maraqlar toqquşmasının qarşısının alınması və etik davranış qaydaları korrupsiyaya qarşı effektiv mübarizə aləti kimi” mövzusunda çıxışlar edərək korrupsiyanın milli təhlükəsizliyə, dövlətçilik prinsiplərinə vurduğu zərərlər, korrupsiyaya qarşı mübarizədə şəffaflığın və hesabatlılığın vacibliyini vurğulamışlar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılmışdır.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı