Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

28.07.2025

İyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi  1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.