Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc prokurorluq əməkdaşları üçün peşə vərdişlərinin formalaşması məqsədilə hazırlıq kursu təşkil edilib

02.07.2025

Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2025-ci ildə müsabiqə yolu ilə ilk dəfə qulluğa qəbul olunmuş 56 işçi üçün hazırlıq kurs təşkil edilib.

Qarışıq formatda təşkil edilən kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli işçiləri ilə yanaşı, ədliyyə orqanlarının ekspertiza sahəsində işləyən peşəkar ekspertləri və Bakı Dövlət Universitetinin müəllimləri cəlb olunub.
 
Tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.