Şriftin ölçüsü :
Saytın rəngi :
19–20 iyun tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə gömrük orqanlarının əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Təlim prosesində Baş Prokurorluğun təcrübəli əməkdaşları və Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi təlimçi qismində iştirak ediblər.
Dinləyici qismində təlimdə Dövlət Gömrük Komitəsinin müxtəlif idarə və şöbələrinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara prokurorluğun ictimai maraqların qorunmasında rolu, korrupsiyanın yaratdığı təhdidlər və ona qarşı mübarizənin əhəmiyyəti, etik davranış qaydalarının korrupsiya risklərinə təsiri, eləcə də gömrük sahəsində preventiv tədbirlərin zəruriliyi barədə ətraflı məlumat verilib. Tədris prosesi müasir texnologiyaların tətbiqi ilə həyata keçirilib.
Təlimin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binası ilə tanış olub, Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial muzeyə ekskursiya ediblər.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı