Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı müzakirələr aparılıb

20.06.2025

Cari il iyunun 17 və 18-də Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi və Elm-Tədris Mərkəzi tərəfindən ümumilikdə 98 nəfər prokurorluq əməkdaşına “Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi” mövzusunda internet üzərindən interaktiv diskussiya təşkil edilib.

Diskussiya çərçivəsində sözügedən sahə üzrə xüsusi biliyə malik peşəkar prokurorlar dinləyicilərlə ictimai maraqların qorunmasında prokurorluğun rolu, cinayət işləri üzrə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı qanunvericiliyin tələbləri, cinayət təqibi zamanı üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi sahəsində dövlət qurumlarının qarşılıqlı əlaqəsi və sair əlaqəli mövzular üzrə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.