Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #Cinayətprosessualhüququ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Qətimkan tədbirinin növlərindən biri olan şəxsi zaminlik nədir?

13.06.2025

Şəxsi zaminlik qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışlarına dair fiziki şəxslərin zamin durmaları barədə yazılı öhdəlikdən ibarətdir.
 
Şəxsi zamin kimi yalnız yetkinlik yaşına çatmış, etibar oluna bilən, götürdüyü öhdəliyi yerinə yetirmədikdə beş yüz əlli manat miqdarında tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirmiş Azərbaycan Respublikasının vətəndaşları çıxış edə bilərlər.
 
Şəxsi zaminlərin sayını cinayət prosesini həyata keçirən orqan 2-dən 5-dək şəxs həddində müəyyən edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.