Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 4-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının (Şura) yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir və Şuranın 35-ci iclasına hazırlıqla bağlı iclas keçirilib.
Görüşdə Azərbaycan Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi və tərkibinə həmin idarənin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.
Tədbirdə Şuranın fəaliyyətinin əsas istiqamətləri, əldə olunmuş nəticələr və gələcək inkişaf perspektivləri müzakirə olunub, həmçinin MDB məkanında hüquqi əməkdaşlığın gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, qarşılıqlı razılaşmaya əsasən, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədi ilə Azərbaycan və Rusiya baş prokurorluqlarının beynəlxalq struktur qurum rəhbərlərinin görüşü keçirilərək tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı