Şriftin ölçüsü :

Saytın rəngi :

GlobE Şəbəkəsinin Plenar İclası Bakıda nə vaxt keçiriləcək?

16.05.2025

GlobE (BMT-nin Korrupsiyaya qarşı Mübarizə Aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsi) — 3 iyun 2021-ci il tarixdə keçirilmiş BMT-nin Baş Assambleyasının Korrupsiyaya qarşı Mübarizə üzrə Xüsusi sessiyasında təsis edilmişdir. 

Şəbəkə hazırda da sürətlə genişlənməklə dünyanın 130-a yaxın ölkəsinin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında praktik əməkdaşlığı və sürətli informasiya mübadiləsini təşviq edən beynəlxalq platformadır.

Cari ilin 19-23 may tarixlərində BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) İdarəetmə Komitəsinin 10-cu, habelə Şəbəkənin 6-cı Plenar İclası Bakı şəhərində keçiriləcəkdir. Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğun təmsilçiliyi qismində İdarəetmə Komitəsinin 15 üzvündən biridir.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən antikorrupsiya sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri və aidiyyəti dövlət qurumlarının təmsilçiləri iştirak edəcək. 

Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və
süni intellektin tətbiqi imkanları” olan Plenar İclasda korrupsiya nəticəsində əldə
edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə
əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank
hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya
qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövular üzrə panel, sessiya
və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.

Eyni zamanda, Plenar İclas çərçivəsində Azərbaycan Respublikası
Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar,
habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı
mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir.

Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və
qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.