Şriftin ölçüsü :
Saytın rəngi :
Heydər Əliyev iyirminci əsrdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edərək ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib.
Bunu Baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.
O bildirib ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub".





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı