Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #Cinayətprosessualhüququ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Qohumların əleyhinə ifadə verməyə məcbur etmə yol verilməzdir

05.05.2025

Azərbaycan Respublikasının qanunvericiliyi hər bir şəxsin fundamental hüquqlarını qoruyur.
Bu hüquqlardan biri də şəxsin özü və yaxın qohumları əleyhinə ifadə verməkdən imtina etmək hüququdur.

Bu prinsip Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı və Cinayət Prosessual Məcəlləsinin 20-ci maddələri ilə təsbit edilib.

Qanunvericiliyə əsasən:

- Heç bir şəxs öz əleyhinə ifadə verməyə məcbur edilə bilməz;
- Həyat yoldaşı, valideynlər, uşaqlar, bacı və qardaşlar, nənə və babalar, nəvələr də bu hüquqdan istifadə edə bilərlər;
- İfadə verməkdən imtina edən şəxsə qarşı təzyiq göstərilməsi və ya hansısa məsuliyyət tədbiri görülməsi qanunla qadağandır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.