Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati xəta hesab olunur və bu əməllərə qarşı ciddi tədbirlər nəzərdə tutulur.
Belə ki:
- Heyvanlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi hallarında fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.Əgər bu cür əməllər nümayişkaranə şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində nümayiş etdirilməklə törədilərsə, 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
- Heyvanlara qarşı rəhmsiz rəftar nəticəsində onların şikəst edilməsi halında 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq olunur.
- Heyvanların rəhmsiz rəftar nəticəsində tələf edilməsi halında isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
- Eyni zamanda, heyvanların tələf edilməsi hallarında inzibati xəta törədən şəxsin şəxsiyyəti və əməlin xüsusiyyətləri nəzərə alınaraq, bir ayadək inzibati həbs cəzası da tətbiq oluna bilər.
Heyvanlara rəhmsiz rəftara qarşı birgə mübarizə aparaq!

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı