Şriftin ölçüsü :
Saytın rəngi :
Gələcəyin hüquqşünasları Baş Prokurorluqda: ADA tələbələri ilə maarifləndirici görüş
Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə göstərdiyi maraq nəzərə alınaraq, aprelin 12-də Baş Prokurorluğun inzibati binalar kompleksində ADA Universitetinin hüquq ixtisası üzrə təhsil alan tələbələri üçün “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir təşkil olunub.
Tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü Vüsal İsayev də iştirak edib.
Görüş zamanı tələbələrə prokurorluq orqanlarının tarixi, qurumun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib. Həmçinin, müasir Azərbaycan Prokurorluğunun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri və struktur qurumlarından danışılıb.
Tədbir çərçivəsində tələbələr Ümummilli Liderin guşəsini və Vətən Müharibəsinə həsr olunmuş qalereyanı ziyarət edib, prokurorluq əməkdaşlarının iş şəraiti, istifadə olunan informasiya texnologiyaları, istintaq otaqları, arxiv, tədris auditoriyaları, kitabxanalar, konfrans zalı, kriminalistik avadanlıq və avtomobillərlə yaxından tanış olublar.
Görüşün sonunda tələbələrdən bir çoxu gələcəkdə prokurorluq orqanlarında xidmət göstərmək istədiklərini bildiriblər.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı