Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

14.04.2025

  Cari ilin 7-11 aprel tarixlərində Rumıniyanın Buxarest şəhərində CyberEast+, CyberSEE, CyberSouth+ və GLACY-e layihələrini əhatə edən ölkələrin informasiya infrastrukturunun mühafizəsindən məsul olan hüquq-mühafizə orqanlarının əməkdaşları, ixtisaslaşmış prokurorlar, CSIRT-lər (Kompüter Təhlükəsizliyi İnsidentlərinə Cavab Qrupları) və kiber təhlükəsizlik ekspertlərinin iştirakı ilə tədbir keçirilmişdir.

  Tədbir iştirakçılarına kibercinayətkarlıq/kiber təhlükəsizlik insidentlərinin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, kibercinayətkarlıq təhqiqatçıları, rəqəmsal kriminalistika mütəxəssisləri və kiber təhlükəsizlik ekspertləri arasında daha sıx peşəkar əlaqələrin qurulması, kibercinayətkarlıq təhqiqatlarının və elektron sübutların toplanmasının asanlaşdırılması sahəsində təlim keçirilmişdir.

  Təlimdə Baş Prokurorluğu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənov təmsil edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.