Şriftin ölçüsü :
Saytın rəngi :
Kriminalistik fonoskopiya — insanın şifahi nitqinin səs daşıyıcılarında buraxdığı izlərin öyrənilməsi ilə məşğul olan kriminalistika sahəsidir.
Səs daşıyıcıları — insan nitqinin və digər səslərin texniki vasitələrlə qeydə alındığı və saxlanıldığı mühitlərdir. Bunlara mobil telefonlar, diktofonlar, kompüterlərdəki audio fayllar, bulud yaddaşı, həmçinin CD, DVD və digər daşıyıcılar daxildir.
Fonoskopik ekspertiza zamanı əsas sübut mənbəyi məhz bu daşıyıcılardakı səs yazıları olur.
Hər bir insanın səsi barmaq izi qədər unikal xüsusiyyətlərə malikdir. Bu unikal fərqliliklər — səs tellərinin quruluşu, danışıq tərzi, vurğular və ləhcə — danışanın identifikasiyasına imkan yaradır.
Fonoskopik ekspertiza vasitəsilə təkcə danışanın şəxsiyyəti müəyyən edilmir, eyni zamanda səs yazısının orijinallığı, redaktəyə məruz qalıb-qalmadığı və hətta səs yazısının hansı şəraitdə qeydə alındığı da tədqiq edilir.
Bu sahə müasir dövrdə bir çox cinayət işlərinin istintaqında mühüm əhəmiyyət kəsb edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı