Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib

05.04.2025

  Vyana şəhərində cari ilin 1-5 aprel tarixlərində BMT Baş Assambleyasının qəbul etdiyi "Bərpa və reinteqrasiya yolu ilə cinayətin təkrar törədilməsi hallarının azaldılması" adlı 77/232 və 79/187 saylı qətnamələrinə uyğun olaraq, qeyd olunan sahədə model strategiyaların hazırlanması məqsədilə hökumətlərarası ekspertlər qrupunun ikinci görüşü keçirilib.

  Model strategiyalar məhkum edilmiş şəxslərin yenidən cinayət törətmələrinin qarşısının alınması məqsədilə cəza təyin edərkən və cəzanın çəkildiyi müddətdə fərdi yanaşmanın tətbiqi, mümkün olduğu halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi, reinteqrasiya prosesində cəzaçəkmə müəssisələrinin rolu, cinayət əməlinin törədilməsinə səbəb olmuş halların aradan qaldırılması və digər məsələləri özündə əks etdirir.

  Hökumətlərarası ekspertlər qrupunun iclasında Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Fuad Hüseynov təmsil edib.

  İclasın sonunda cinayətlərin təkrar törədilməsi hallarının azaldılması ilə bağlı model strategiyalar təsdiq olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.