Şriftin ölçüsü :

Saytın rəngi :

#ProkurorluqTarixi - 1976-1985-ci illərdə Azərbaycan SSR-in prokuroru çalışmış Abbas Zamanovun doğum gününü ehtiramla anırıq

22.03.2025

Abbas Zamanov 1924-cü il martın 22-də anadan olub. Dövlət təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında uzun illər xidmət etmiş A.Zamanov, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi, Zaqafqaziya Sərhəd Qoşunları idarəsi və Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsində mühüm vəzifələrdə çalışıb. 

Ümummilli lider Heydər Əliyev tərəfindən 1976-cı il iyunun 23-də Abbas Zamanova Azərbaycan SSR prokuroru vəzifəsi etibar edilib. O, 1985-ci ilədək Respublika Prokurorluğuna rəhbərlik edib.

Abbas Zamanov həm də ictimai-siyasi həyatda fəal iştirak edib, üç çağırış Azərbaycan SSR Ali Sovetinin, iki çağırış isə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.

O, Qırmızı Əmək Bayrağı ordeni, "Döyüş xidmətlərinə görə", "Qafqazın müdafiəsinə görə", "Faşizm üzərində qələbəyə görə" və bir çox digər medallarla təltif edilib. "Dövlət təhlükəsizliyinin fəxri işçisi" adına layiq görülüb.

Abbas Zamanov 1989-cu il noyabrın 20-də vəfat edib.

İctimai-siyasi və dövlət xadimi Abbas Zamanovun xatirəsi prokurorluq orqanlarının əməkdaşları üçün hər zaman əziz olacaq...

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.