Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçiləri üçün regionlarda korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş təlimlər keçirilib

17.03.2025

Baş Prokurorluq tərəfindən müxtəlif dövlət qurumlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı  maarifləndirici tədbirlər keçirilir.

Cari ilin martın 11-də Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin, martın 14-də isə Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusu üzrə təlimlər keçirilib.

Baş Prokurorluğun peşəkar əməkdaşlarının təlimçi qismində iştirak etdiyi tədbirlər çərçivəsində dinləyicilərə təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti, korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi və digər aktual məsələlər tədris edilib.

Təlimlər zamanı dinləyicilərin sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.