Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğu
2011-ci ildə mal-materialların və avadanlıqların
satın alınması ilə əlaqədar
Açıq tender elan edir
Tender 7 (yeddi) lot üzrə keçirilir:
Lot - 1. Ofis və kabinet mebellərinin satın alınması
Lot - 2. Kompüter texnikasının satın alıması
Lot - 3. Tikinti materiallarının satın alınması
Lot - 4. Geyim formasının satın alınması
Lot - 5. Dəftərxana ləvazimatlarının satın alınması
Lot - 6. Təsərrüfat mallarının satın alınması
Lot - 7. Kompüter və kserokslar üçün köməkçi materialların satın alınması
Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.
Malların təchiz olunma müddəti - il ərzində
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi,iddiaçının maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğin iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Hüseynov Natiq Əlabbas oğlu, telefon:492-04-95) ala bilərlər,
Təşkilat: MN DXA-nin 1 saylı Xəzinədarlıq departamenti (Azərbaycan Respublikası Baş Prokurorluğu; VÖEN 1700354471)
H/h:33205019449328518204 VÖEN: 1700986181
Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı
Kodu: 805722 VÖEN: 9900001881
M/h: 0137010002944 S.W.I.F.T: İBAZ.AZ.2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 mart 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17 mart 2011-ci il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18 mart 2011-ci il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı