Şriftin ölçüsü :
Saytın rəngi :
Kriminalistik xətşünaslıq – istintaq zamanı əlyazma və imzaların tədqiqini əhatə edən kriminalistika sahəsidir. Onun əsas məqsədi:
• Yazının müəllifini müəyyən etmək;
• Saxtakarlıq faktlarını aşkar etmək;
• Digər hüquqi məsələlərin həllinə kömək etməkdir.
Əlyazmaların xətşünaslıq tədqiqatı kriminalistik ekspertizanın ən geniş yayılmış növlərindən biridir.
Xətşünaslıq tədqiqatının obyektləri aşağıdakılardır:
• Əlyazmalar (məktublar, gündəliklər, ərizələr və s.);
• Qısa qeydlər;
• İmzalar və paraflar;
• Rəqəm yazıları.
Şəxsiyyətin eyniləşdirilməsi məqsədilə xəttin xüsusiyyətləri ilə yanaşı, yazı nitqinin əlamətlərindən də istifadə oluna bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı