Şriftin ölçüsü :

Saytın rəngi :

#kriminalistika - Dırnaq izlərinin kriminalistik əhəmiyyəti nədir?

11.03.2025

Dırnaq izləri cinayətlərin açılmasında, xüsusilə şübhəli və digər şəxslərin eyniləşdirilməsində mühüm rol oynayır.
Dırnaq izləri canlı şəxslərin bədənində, meyitin üzərində və ya bərk olmayan predmetlərdə (gildə, plastilində, şokoladda, yağda və s.) aşkar oluna bilər. Bu izlər adətən qarşılıqlı mübarizə və ya özünümüdafiə zamanı meydana çıxır.
Dırnaq izlərinin mövcudluğu, sayı və yerləşməsi hadisənin müəyyən detallarını aydınlaşdırmağa, istintaq və əməliyyat-axtarış tədbirlərinə istiqamət verməyə kömək edir.
Hadisə yerində dırnaq izləri ilə yanaşı, dırnaq fraqmentləri (qırıntıları) və ya tam dırnaq nümunələri də aşkar edilə bilər.
Dırnaq izləri görünən izlərdir və yaranma mexanizminə görə statik və dinamik izlər kimi təsnifləşdirilir. 
Statik izlər obyektin səthinə təzyiq nəticəsində, dinamik izlər isə cırmaq və ya qazıma hərəkətləri zamanı yaranır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.