Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq, ədliyyə və vergi orqanlarının əməkdaşları üçün kurs təşkil edilib

28.02.2025

  Cari ilin fevralın 26 və 27-si tarixlərində “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin istintaq təcrübəsi” mövzusunda kurs təşkil edilib. 

  Tədbirə təlimçi qismində Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, habelə Elm-Tədris Mərkəzinin təcrübəli əməkdaşları, dinləyici qismində isə prokurorluq, ədliyyə və vergi orqanlarının ümumilikdə 44 əməkdaşı cəlb edilib. 

  Mühazirə, təqdimat və dəyirmi masa formatında keçirilmiş kursda məhkəmə qərarlarının icra olunmamasının cinayət-hüquqi xarakteristikası, bu sahədə xarici ölkələrin təcrübəsi, sözügedən cinayətin istintaq metodikası, eləcə də digər əlaqəli məsələlər tədris obyekti olub. 

  Kurs zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.