Şriftin ölçüsü :
Saytın rəngi :
Konfransı giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki “Azərbaycan hüquq və qanuna, bərabərlik hüququna əməl edərək vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının təminatını beynəlxalq standartlara əməl edərək həyata keçirib. Biz bütün fəaliyyətimizdə xalqımızın istəklərinə, dövlətimizin iradəsinə söykənərək qərar veririk. Bugünkü müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının ən böyük sərvətidir.”
Tədbirdə hökumət və dövlət nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyəti üzvləri, ictimai-siyasi xadimlər iştirak edərək və müxtəlif mövzularda çıxışlar və panel müzakirələrində fikir mübadilələri aparıblar.
Tədbirdə Baş prokurorluğun nümayəndəsi qismində iştirak edən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Ailə institutu: cəmiyyət və dövləti birləşdirən harmonik münasibətlər sistemi” mövzusunda çıxış edib.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı