Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüququ - Cinayət prosesində kimlər məhdud fəaliyyət qabiliyyətli hesab olunur:

25.02.2025

  Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. 

  Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları CPM-də nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.

  Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:

- barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək;

- zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

-  ona qarşı verilmiş mülki iddianı qəbul etmək;

- ona qarşı verilmiş mülki iddiadan imtina etmək;

- öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.