Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüququ - Cinayət prosesində kimlər fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:

20.02.2025

- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;

- ⁠14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.

Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya əqli gerilik nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.