Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz miqrasiyanın təşkili cinayətinin istintaq metodikası prokurorluq işçilərinə tədris edilib

20.02.2025

Fevralın 10-dan 18-dək prokurorluq işçiləri üçün “Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda distant formada sərbəst rejimdə növbəti kurs təşkil edilib.

Tədris tədbirində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin müvafiq sahədə təhlil aparmış işçiləri təlimçi qismində iştirak edib.

Tabe rayon (şəhər) prokurorluqlarının 70-dən çox əməkdaşının dinləyici olduğu təlim zamanı məşğələlər elektron mühazirə formatında keçirilib.

Qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində görülən tədbirlər, ölkəmizin miqrasiya sahəsində beynəlxalq əməkdaşlığı, qanunsuz miqrasiyanın təşkili ilə bağlı məsuliyyəti müəyyən edən normativ hüquqi aktlar, bu növ  cinayətin tərkib elementləri, istintaq təcrübəsi və digər aktual məsələlər tədris obyekti olub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.