Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfrans keçirilib

13.02.2025

Baş Prokurorluqda fevralın 12-də keçirilmiş “Konstitusiya və Suverenlik ili: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfransda Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Daxili Qoşunların Hərbi İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və kursantları, habelə müəllim heyətləri iştirak ediblər. 

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib

Dövlət himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Liderinin 1997-ci ildə gənclərə etdiyi müraciət video formatda nümayiş olunub. 

Tədbir çərçivəsində prokurorluq işçilərinin, təhsil ocaqlarının nümayəndələrinin, habelə tələbə və kursantların çıxışları dinlənilib, “Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsaitin təqdimatı keçirilib. 

Konfrans zamanı, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyası, COP29, Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində Bakı şəhərində təşkil edilmiş tədbirlərin və İnteraktiv yarışın videoçarxları nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.