Şriftin ölçüsü :

Saytın rəngi :

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

06.02.2025

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. 

Müsahibədə iştirak etmək istəyən namizədlər 06 mart 2025-ci il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562 məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.azəldə edə bilərsiniz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.