Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır

31.01.2025

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

  Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

  Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.