Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilə 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

27.01.2025

  Xəbər verildiyi kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.

  Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

  Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilmiş, 7 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilmiş

  Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

  Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.

  Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.