Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsini həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh etmişdir

06.01.2025

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 dekabr 2024-cü il tarixli qərarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanının baxması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərar üzərində həyata keçirilən məhkəmə nəzarətinin ərazi aidiyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.

  Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərarın qanuniliyi üzərində məhkəmə nəzarəti həmin orqanın yerləşdiyi yer üzrə müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməlidir.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.