Şriftin ölçüsü :
Saytın rəngi :
25 noyabr 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinə daxil olmanın səbəbi, məqsədi və işin faktiki halları nəzərə alınmaqla hüquq tətbiqedən orqanlar tərəfindən şəxsin şəxsi və ailə həyatının toxunulmazlığına təhlükənin yaranmış olub-olmaması baxımından hər bir əmələ hüquqi qiymət verilməlidir.
Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür.
Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı