Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları Beynəlxalq Prokurorlar Assosiasiyasının 11-ci Asiya və Sakit Okean üzrə Regional konfransında iştirak edib

02.12.2024

  27-29 noyabr tarixlərində Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 11-ci Asiya və Sakit Okean üzrə Regional konfransı keçirilib.

  ​Tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Teymur Novruzlu təmsil edib.

  ​İclasda Assosiasiyanın 29-cu illik Konfransını və Ümumi yığıncağının 29 sentyabr - 02 oktyabr tarixlərində Bakıda yüksək səviyyədə təşkil edilməsi vurğulanıb və Azərbaycan Respublikasının Baş Prokurorluğuna xüsusi təşəkkür ifadə edilib.

  “Texnoloji dövrdə prokurorluğun səmərəli fəaliyyəti” mövzusunda keçirilən konfransda texnoloji əsrdə qloballaşmanın yaratdığı problemlər və digər aktual mövzular üzrə fikir və təcrübə mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.