Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #insanhüquqları #uşaqhüquqları - Uşaqyönümlü hüquqi yardıma dair Rəhbər Prinsiplər (UNİCEF ECARO)

27.11.2024

1-ci Rəhbər Prinsip: Uşaqlara hüquqi yardımın göstərilməsi zamanı səriştəlilik

Uşaqlara hüquqi yardım göstərən hüquqşünaslar müvafiq milli qanunvericilik və prosedurlar, uşaq hüquqları, uşaqların inkişaf mərhələləri və uşaqlarla ünsiyyət qaydaları barədə biliklərə malik olmalıdır. Onlar davamlı peşəkar inkişaf təlimi vasitəsilə öz bacarıqlarını daim təkmilləşdirməli və yeniləməlidir.

2-ci Rəhbər Prinsip: Uşaqların mənafelərinə uyğun hərəkət etmək

Uşaqlar qanunla təmasda olduqda bütün hərəkətlərdə uşaqların mənafeləri üstün tutulmalıdır. Hüquqşünaslar bu öhdəlikdən xəbərdar olmalı və bu öhdəliyə əməl edərək hüquqları müdafiə olunan uşaqların mənafelərini qiymətləndirməli və onlara uyğun hərəkət etməlidir.

3-cü Rəhbər Prinsip: Səmərəli iştirak

Hüquqşünaslar hüquqi proses boyunca uşağın baxışlarının və fikirlərinin dinlənilməsini və onlara lazımınca diqqət yetirilməsini təmin etməlidir.

4-cü Rəhbər Prinsip: Münasibətin qurulması

Hüquqşünas hüquqlarını müdafiə etdiyi uşaqla inam və dəstəyə əsaslanan münasibət qurmalıdır.

5-ci Rəhbər Prinsip: Uşaqlarla həssas yanaşmaya əsaslanan ünsiyyət

Hüquqşünaslar uşaqlarla həssas yanaşma ilə ünsiyyət qurmazsa, onlar proseslərdə faydalı şəkildə iştirak edə bilməz.

6-cı Rəhbər Prinsip: Etibarlı və uyğun məlumatın verilməsi

Hüquqşünaslar uşaqların qərarların qəbulunda faydalı iştirakını təmin etmək üçün onları etibarlı və uyğun məlumatlarla təmin etməlidir.

7-ci Rəhbər Prinsip: Məhkəmə baxışında səmərəli iştirak

Hüquqşünaslar uşaqların məhkəmə baxışında adekvat və prosessual təminatlarla müşayiət olunmaqla səmərəli və faydalı şəkildə iştirak etməsini təmin etməlidir.

8-ci Rəhbər Prinsip: Ailə üzvləri və uşağa dəstək göstərən digər yaşlılarla iş

Hüquqşünas uşağın ailə üzvlərinin deyil, uşağın təlimatlarına və mənafelərinə uyğun hərəkət etməlidir.

9-cu Rəhbər Prinsip: Məxfilik və konfidensiallıq

Hüquqşünaslar hüquqi proseslər zamanı uşağın məxfilik hüququnu qorumalı və hüquqları müdafiə olunan şəxslə aparılan bütün ünsiyyətin peşəkar etik davranış kodeksinə uyğun olaraq konfidensial saxlanmasını təmin etməlidir.

10-cu Rəhbər Prinsip: Uşaqların ayrı-seçkilikdən qorunması

Hüquqşünaslar uşaqlarla ədalətli rəftar edilməsini və onların yaş, gender, etnik mənsubiyyət, əlillik və ya digər vəziyyətinə görə ayrı-seçkiliyə məruz qalmamasını təmin etməlidir.

11-ci Rəhbər Prinsip: Uşaqların təhlükəsizliyinin təmin edilməsi

Hüquqşünaslar uşaqların təhlükəsizliyini təmin etməli və onların ikinci dərəcəli viktimizasiya riski olmadan hüquqi prosesdə iştirakına imkan yaratmalıdır.

12-ci Rəhbər Prinsip: Digərləri ilə iş

Hüquqşünas digər təşkilatlarla əməkdaşlıq etməlidir, o şərtlə ki, bu, uşağın mənafelərinə uyğun olsun.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.