Şriftin ölçüsü :
Saytın rəngi :
BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası tələb edir ki, uşağı ifadə verməyə və ya təqsiri boynuna almağa və ya günahını etiraf etməyə məcbur etmək olmaz.
İlk növbədə, uşağın etiraf etməsi və ya təqsiri boynuna alması üçün ona işgəncə verilməsi, onunla qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan şəkildə rəftar olunması onun hüquqlarının ağır şəkildə pozulması deməkdir (UHK-da maddə 37 (a)). Bu hal ümumiyyətlə qəbulolunmazdır. Bu cür etiraf və ya təqsirin boyuna alınması sübut kimi qəbul edilə bilməz (İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın 15-ci maddəsi).
Sorğu-sual edilən uşaq hüquqi və ya digər müvafiq nümayəndəsi ilə əlaqə saxlaya bilməli, dinlənmə zamanı öz valideynlərinin iştirak etməsi üçün müraciət edə bilməlidir.
Dəlillərin məcburi şəkildə deyil, könüllü olaraq verilməsi, vəziyyəti bütövlükdə əks etdirməsi və etibarlı olması üçün sorğu-sualın aparılması metodları müstəqil şəkildə diqqətlə araşdırılmalıdır.
Uşağın könüllü etiraf etməsini və ya təqsiri boynuna almasını və bunun etibarlı olduğunu nəzərdən keçirdikdə məhkəmə və ya digər məhkəmə orqanı uşağın yaşını, saxlanma və dindirilmə müddətini, hüquqi və ya digər məsləhətçinin, valideyn(lər)in və ya uşağın müstəqil nümayəndələrinin iştirak edib-etmədiyini nəzərə almalıdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı