Şriftin ölçüsü :

Saytın rəngi :

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisi təqaüdə göndərilib

25.11.2024

  Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Alim Cəbrayılovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov noyabrın 25-də Baş Prokurorluğun inzibati binasında qəbul edib, ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib.

  Baş prokurorun birinci müavini görüş zamanı çıxış edərək  Alim Cəbrayılovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq onun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətləri qeyd edib.

  Alim Cəbrayılov göstərilən diqqətə görə minnətdarlığını bildirib tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.

  Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Alim Cəbrayılovla bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.