Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #insanhüquqları #uşaqhüquqları - Uşağın ittiham(lar) barədə dərhal və bilavasitə məlumat alması hüququ (BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, maddə 40 (2) (b) (ii))

25.11.2024

  Cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin pozulmasında təqsirləndirilən və ya təqsirli bilinən hər bir uşağın ona qarşı irəli sürülən ittihamlar barədə dərhal və bilavasitə məlumatlandırılması hüququ vardır. 

  Dərhal və bilavasitə mümkün olan ən tez zaman ittihamçı və ya hakim uşağa qarşı ilkin prosessual tədbirləri başladığı zaman deməkdir. Ancaq hakimiyyət orqanları məhkəmə vasitələrindən istifadə etmədən işə baxmağı qərara alarsa, bu cür uşaqlar bu yanaşmanı əsaslandıra biləcək ittiham(lar) barədə məlumatlandırılmalıdır. 

  Bu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 40 (3) (b)-cı maddəsi ilə qoyulan tələblərin bir hissəsidir ki, hüquqi təminatlara tam şəkildə hörmət edilməlidir. Uşağa onun başa düşdüyü dildə məlumat verilməlidir. Bunun üçün məlumatın xarici dildə təqdim edilməsi, eləcə də uşağın başa düşməsi üçün cinayət/yuvenal ittihamlarda istifadə edilən rəsmi hüquqi terminologiyanın “tərcüməsi” tələb oluna bilər. 

  Uşağa rəsmi sənədin verilməsi kifayət deyildir, çox zaman şifahi izahatın verilməsi zəruri ola bilər. Hakimiyyət orqanları bu işi valideynlərin və ya qanuni qəyyumların və ya uşağın hüquqi və ya digər köməkçilərinin mülahizəsinə buraxa bilməz. 

  Uşağın ona qarşı irəli sürülən hər bir ittihamı başa düşməsi üçün bu iş hakimiyyət orqanlarının (yəni polis, ittihamçı, hakim) cavabdehliyinə düşür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.