Şriftin ölçüsü :
Saytın rəngi :
(BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, maddə 40 (2) (b) (iv))
Ədalətli mühakimə ilə tələb olunur ki, cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin pozulmasında təqsirləndirilən və ya təqsirli bilinən hər bir uşaq məhkəmə prosesində səmərəli şəkildə iştirak etməyə qadir olsun. Buna görə də o, hüquqi nümayəndəni yönləndirmək, şahidlərə etiraz etmək, hadisələri qısa izah etmək, dəlillər, şahid ifadələri və tətbiq ediləcək tədbir(lər) barədə müvafiq qərarlar vermək üçün ittihamları və onun mümkün nəticələrini və cəzaları başa düşməlidir.
Pekin Qaydalarının 14-cü maddəsində müəyyən edilir ki, məhkəmə işləri uşağın iştirak etməsinə və öz baxışlarını sərbəst ifadə etməsinə imkan verən anlayışlı şəraitdə aparılmalıdır.
Uşağın yaşının və yetkinliyinin nəzərə alınması ilə məhkəmə iclası otaqlarında prosedur və təcrübələrin dəyişdirilməsi də tələb oluna bilər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı