Şriftin ölçüsü :
Saytın rəngi :
21 və 22 noyabr tarixlərində Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyası tərəfindən “Hüquq mühafizə fəaliyyəti sahəsində qlobal çağırışlar və təhlükələr: müasir strategiyalar və həll yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil edilib.
Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev və şöbə prokuroru Məhərrəm Əzizbəyov təmsil edib.
Konfransda Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin hüquq mühafizə orqanlarının, elmi müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Konfransın plenar iclasında çıxış edən Əmir Ocaqverdiyev tərəfindən Azərbaycan Prokurorluğunun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Konfrans zamanı beynəlxalq hüquq əməkdaşlığının gücləndirilməsi və qabaqcıl təcrübələrin paylaşılması müzakirə olunub.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı