Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh etmişdir

23.11.2024

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 noyabr 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrində nəzərdə tutulmayan şəxslərin sübutların saxtalaşdırılmasına görə cinayətin icraçısı qismində həmin Məcəllənin 294.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsinə (lex stricta) dair Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinin və Konvensiyanın 7-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci maddəsi baxımından  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi) çıxış edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsində tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin” mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən həmin maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.