Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqibilikləriniartır #insanhüquqları #uşaqhüquqları - Uşağın təqsirsizlik prezumpsiyası hüququ (BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, maddə 40 (2) (b) (i))

22.11.2024

  Qanuna zidd hərəkət etmiş uşaqların insan hüquqlarının qorunması baxımından təqsirsizlik prezumpsiyası fundamental hüquqdur. Bu, o deməkdir ki, uşağa qarşı irəli sürülən ittiham(lar)ın sübut edilməsi yükü ittihamın üzərinə düşür. Cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onun pozulmasında təqsirləndirilən uşaq təqsirsizlik prezumpsiyasından yararlanır və ittihamlar qəti sübut olunarsa, ittihama görə təqsirli hesab edilir. 

  Uşağın bu prezumpsiyaya uyğun olaraq rəftar hüququ vardır, bütün dövlət orqanlarının və ya digərlərinin vəzifəsi məhkəmə təhqiqatının nəticəsi barədə əsaslandırılmamış fikrə yol verməməkdir. Üzv Dövlətlər uşağın inkişafı barədə məlumat verməli, təcrübədə təqsirsizlik prezumpsiyasına hörmət göstərilməsini təmin etməlidir. Prosesi anlamadığına, yetkin olmadığına, qorxduğuna və ya digər səbəblərə görə uşaq özünü şübhəli tərzdə apara bilər, ancaq orqanlar şübhə üçün heç bir əsas olmadan və təqsir sübut olunmadan uşağın təqsirli olduğunu hesab etməməlidirlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.